"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək

26.07.2026 13:40 56
Avrokuboklar / Aktual
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində KuPS-un qonağı olacaq "Sabah" səfərə yollanıb.

"Football-plus.az"ın məlumatına görə, "bayquşlar" bu gün səhər saatlarında yola düşüb.

Masazır təmsilçisi Finlandiya komandası ilə iyulun 28-də, Bakı vaxtı ilə saat 19.00-da qarşılaşacaq. Baş məşqçi Valdas Dambrauskasın oyunöncəsi mətbuat konfransı Bakı vaxtı ilə saat 18.30-da, kollektivin açıq məşqi isə 19.00-da başlayacaq.

Xatırladaq ki, Masazırda keçiriləcək ilk qarşılaşmada "Sabah" 1:0 hesablı qələbə qazanıb. "Bayquşlar" mərhələ adlasa, "Orxus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

KƏNAN BAHADIR