İngiltərədə klubunu dəyişdi

26.07.2026 16:00 6
Dünya futbolu
Alexandro Qarnaço İngiltərədə klubunu dəyişib.

"Football-plus.az" xəbər verir ki, “Aston Villa” “Çelsi”nin hücumçusunun transferini rəsmən açıqlayıb. Birmingem klubunun mətbuat xidmətinin məlumatına görə, Argentina yığmasının 22 yaşlı oyunçusu 2026/27 mövsümünün sonunadək icarəyə götürülüb.

Alexandro ötən mövsüm “Çelsi”nin heyətində keçirdiyi 43 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.