“Sabah”ın futbolçusu Aaron Maludanın “Seltik” və “Bazel”dən təklif aldığından xəbərdarsız. Bununla belə, vinger “bayquşlar”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində KuPS-a qarşı keçirilən oyunun iştirak ərizəsində yer alsa da, Valdas Dambrauslas ona şans vermədi. Mütəxəssis qərarını fransalının nə fiziki, nə də psixoloji baxımdan hazır olmasıyla əlaqələndirdi. Oyundan sonra Maludadan açıqlama almaq istəsək də, o, sualları cavablamaqdan yayındı.
Maraqlıdı, bəs, Maluda indi hardadı? Düşərgədədimi, məşqlərə qoşulurmu? Əsas sual: “bayquşlar” oyunçunu Finlandiyaya aparacaqmı?
Bu suallarla klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. “Sabah” rəsmisi Maludanın düşərgədə olduğunu, məşqlərdə iştirak etdiyini bildirsə də, əsas sualı cavablamadı.
Xatırladaq ki, futbolçunun “bayquşlar”la müqaviləsinin müddəti 2029-cu il dekabrın 31-nə kimidi.
KƏNAN BAHADIR