Yığmamızın futbolçusu Renat Dadaşov Türkiyə superliqasında növbəti oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, onun formasını geyindiyi "Hatayspor" 24-cu turu qələbə ilə başa vurub.
Öz meydanında "Karagümrük"lə qarşılaşan Hatay klubu 3:1 hesabı ilə üstün olub. Renat bu matçda meydana sonradan daxil olub. Baş məşqçi Volkan Demirel oyunun 89-cu dəqiqəsində Dadaşova şans verib.
Ardıcıl ikinci qələbəsini qazanan "Hatayspor" turnir cədvəlindəki mövqeyini yaxşılaşdırıb. Komanda 28 xalla 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Renatın komandası növbəti turda "Trabzonspor"un qonağı olacaq.