Bəs, Naxçıvan təmsilçisinin stadion axtarışıyla bağlı proses nə yerdədi? Komandanın Bakıda, yoxsa bölgələrdən birində oynayacağı dəqiqləşibmi? Bu suallarla “qırmızı-ağlar”ın icraçı direktoru Eldəniz Yusubova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Axtarış davam edir. Həm Bakıda, həm də bölgələrdə yerləşən stadion rəhbərləri ilə danışıqlar aparırıq. Hələ konkret olaraq paytaxtda, yoxsa bölgədə oynayacağımız dəqiqləşməyib. Böyük ehtimalla, bazar ertəsi bilinəcək”.
KƏNAN BAHADIR






