Renat "Hatayspor"da növbəti oyununu keçirdi

30.09.2023 16:54 197
Dünya futbolu
Millimizin futbolçusu Renat Dadaşov Türkiyənin "Hatayspor" klubunda növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Volkan Dəmirəlin baş məşqçi olduğu komanda super liqanın 7-ci turunda "Sivasspor"un qonağı olub - 0:0.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Dadaşov 59-cu dəqiqədə Karlos Strandberqin əvəzinə meydana daxil olub.

Qeyd edək ki, "Hatayspor" hazırda 11 xalla 4-cü pillədə qərarlaşıb.