Bir neçə gün əvvəl Polşanın “Rakuv” klubuna transfer olunan Mahir Emreli dərhal özünü göstərdi. Həmvətənimiz Konfrans Liqası çərçivəsində dünən “Valletta” ilə oyunda hesabı bərabərləşdirməklə geridönüşün əsasını qoydu. Matçdan sonra “X” sosial şəbəkəsində Mahirlə bağlı ardıcıl paylaşımlar edilib.
Olinius0: “Emrelidə hələ də o keyfiyyət var”.
Micha17103062: “Emreli daha yaxşıdı”.
WojakSzwejk3: “Emrelinin bu gün göstərdiyi oyundan sonra Brunesi artıq tam unutmuşam” (Brunes komandanın sabiq hücumçusudu).
Jareksk100: “Düzünü desəm, Emreli bu gün oyuna çox yaxşı qoşuldu. Mən onu mərkəz hücumçusundan daha çox “10 nömrə” mövqeyində, yanında texnikalı ikinci hücumçu ilə görürəm”.
Kartas1921: “Əhsən, Emreli! Hətta əvəzlənəndə də heç bir narazılıq göstərmədi, birbaşa sürətlə ehtiyat oyunçular skamyasına qaçdı”.
Justynkape: “Bu oyunu Emreli həll etdi”.
Kamilglebocki: “Mahir Emreli “Rakuv” forması ilə ilk oyununda debüt qolunu vurdu. Azərbaycanlı futbolçu əla oyun göstərdi”.
İSRAYIL XEYRULLAYEV