Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”ı qəbul edəcək ÇSKA oyun üçün biletləri satışa çıxarıb.
“Football-plus.az” xəbər verir ki, bu barədə Sofiya təmsilçisi məlumat yayıb. Klubun rəsmi saytında yer alan informasiyaya görə, qiymət 12-100 avro aralığında dəyişir. ÇSKA-dan “Qarabağ” üçün ayrıla biletlərin səbəst satışının mümkün olmayacağı, biletlərin klub tərəfindən paylanılacağı bildirilib.
Xatırladaq ki, bu qarşılaşma iyulun 30-da, Bakı vaxtıyla saat 22.00-da başlayacaq.
KƏNAN BAHADIR
ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
Avrokuboklar





