Renatlı “Hatayspor” səfərdə darmadağın oldu

20.01.2024 23:23 179
Dünya futbolu
Türkiyə super liqasında 21-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Kasımpaşa” ilə qarşılaşıb və 0:3 hesabıyla uduzub.

Renat da bu oyunun iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana buraxılıb.

“Hatayspor” 21 turdan sonra 21 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.