Renat "Hatayspor"u məğlubiyyətdən xilas edə bilmədi

20.01.2024 17:30 201
Dünya futbolu
Türkiyə super liqasında 21-ci turun görüşləri davam edir.

"Football-plus.az" xəbər verir ki, bu gün Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" səfərdə "Kasımpaşa"nın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat da bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 70-ci dəqiqədə meydana daxil olub.

21 turdan sonra 21 xal toplayan "Hatayspor" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.