İngiltərədə klubunu dəyişdi

24.07.2026 22:15 32
Dünya futbolu
“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, London klubu “Brayton”dan Jan Paul van Hekkenin keçidini rəsmiləşdirib. Niderland yığmasının 26 yaşlı üzvü paytaxt klubu ilə uzunmüddətli müqavilə imzalayıb.

Van Hekke “Brayton”da 2020-ci ilin sentyabrından çıxış edirdi. O, ötən mövsüm premyer-liqada meydana çıxdığı 36 oyunda 3 qol vurub.