''Beşiktaş'' camiəsi Məhəmməd Salahdan gələcək yeni xəbərlərə köklənib. Cümə günü rəhbərliyin ünlü futbolçunun meneceri ilə yeni bir görüş keçirəcəyi bildirlir.
Bu arada Salah üzündən klub rəhbərliyində çox ciddi bir böhran yaşanır. Dünən klub tərəfindən sürpriz bir yazılı açıqlama verildi. Orda qeyd olundu ki, idarə heyətinin üzvü Ahmet Çağlar iyulun 23-də istefa verib. Ahmet Çağlar Salahla bağlı iddialar ortaya atıldığı vaxtda öz səhifəsinin hekayə bölümündə ''#Salah'' paylaşımını edən yönəticidi. Ancaq sən demə onun bu paylaşımı rəhbərliyin xoşuna gəlməyib.
Rəhbərliyin fikrincə, Çağların paylaşımı ünlü futbolçunun menecerinin komissiya haqqını artırmasına səbəb olan qeyri-peşəkar bir davranışdı. Bu üzdən bu yönətici ilə yollar ayrılıb. Amma məsələ bununla bitmir. Əsas sürpriz ''Beşiktaş''ın istefa ilə bağlı açıqlamasından sonra yaşandı. Ahmet Çağlar bunu qətiyyətli şəkildə rədd edərək istefa vermədiyini bildirdi. Eləcə də haqlarını qorumaq üçün bütün hüquqi yollara baş vuracağını qeyd etdi!
Çox güman, bu məsələ həllini məhkəmə zalında tapacaq. Beləcə Salah gəlməmiş ''Beşiktaş''da aləm bir-birinə dəyib və artıq bir yönətici ilə yollar ayrılıb.