Rahil 75 dəqiqə oynadı, komandası qələbə qazandı

3.02.2024 10:31 281
Dünya futbolu
Millimizin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi LKS (Polşa) Türkiyədə təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyunu keçirib.

"Football-plus.az" xəbər verir ki, komanda Şimali Makedoniya təmsilçisi "Struqa" ilə qarşılaşıb. Matç LKS-nin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Rahil meydana start heyətdə çıxıb və 75-ci dəqiqədə hesab 3:3 olarkən əvəzlənib.

Qeyd edək ki, Rahil yanvarda "Qarabağ"dan Polşa klubuna keçib. Onunla ilyarımlıq müqavilə imzalanıb.