Renat qol ötürməsi etdi, komandası qalib gəldi

26.09.2023 10:00 244
Dünya futbolu
Millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" dünən superliqada növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Volkan Demirelin çalışdırdığı komanda "Trabzonspor"u qəbul edib. Qonaqlar 2:0 hesabı ilə önə keçsə də, "Hatayspor" əzmkar qələbə qazanıb - 3:2.

Millimizin hücumçusu matçın 84-cü dəqiqəsində meydana daxil olub. O, 88-ci dəqiqədə Lamkel Zenin vurduğu qolun ötürməsini edib. Dadaşov 90-cı dəqiqədə sarı vərəqə alıb..

Bu nəticədən sonra "Hatayspor" 10 xalla 4-cü pilləyə yüksəlib. "Trabzonspor" isə 9 xalla 6-cı sırada qərarlaşıb.

25 sentyabr
"Hatayspor" – "Trabzonspor" - 3:2

Qollar: Rivas, 72. Lamkel Ze, 88. Dele-Başiru, 90+7 – Vişça, 44. Onuaçu, 62.