Renat oynadı, "Hatayspor" məğlub oldu

5.11.2023 11:34 222
Dünya futbolu
Türkiyə superliqasında 11-ci turun oyunları davam edir.

"Football-plus.az" xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" səfərdə "Samsunspor"un qonağı olub. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat da bu görüşün iştirakçısı olub. Millimizin üzvü matça start heyətdə başlayıb və 88-ci dəqiqədə əvəzlənib.

11 turdan sonra 14 xal toplayan "Hatayspor" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.