Bakıdakı oyun avrokuboklarda TOP-5-də

25.07.2026 12:57 17
Avrokuboklar
UEFA-nın iyulun 21-23-də keçirilən avrokubokların 2-ci təsnifat mərhələsinin ilk oyunlarında ən çox azarkeş toplayan matçların siyahısı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda “Football Meets Data” məlumat yayıb.

“Qarabağ”ın Bolqarıstanın ÇSKA klubuna qarşı Bakıda keçirdiyi Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk görüşünü 23813 azarkeş izləyib. Bu göstərici ilə “Qarabağ” həftənin ən yüksək tamaşaçı sayına malik 5-ci komandası olub.

İlk dördlükdə isə “Fənərbaxça” – “Qornik” (38604), “Beşiktaş” – “Midtyulland” (31471), “Hayduk” – “Pafos” (27752) və “Tvente” - “Ferentsvaroş” (27500) matçları qərarlaşıb.