Renat oynadı, komandası qələbəni əldən verdi

13.01.2024 20:53 225
Dünya futbolu
Türkiyə superliqasında 20-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Pendikspor”la qarşılaşıb. Görüş heç-heçə yekunlaşıb – 1:1.

Dadaşov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib.

“Hatayspor” hazırda 21 xalla 14-cü pillədə qərarlaşıb.