• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi”nin dəyişməyən problemi - KÖŞƏ

Manşet / Yazarlar

9-08-2023, 13:0

Sonuncu yazımın üzərindən heç üç gün keçmədi ki, “Neftçi” Gəncədə məğlub oldu.

Mən o yazıda təmsilçilərimizin avrokuboklarda keçirdiyi oyunlara toxunmuş, eyforiyaya qapılmağın erkən olduğuna diqqəti çəkmişdim. Bu eyforiyadan ən çox əziyyət çəkənin “Neftçi” olacağını da gözləyirdim. Çünki “Jelezniçar” üzərində qazanılan 2:0 hesablı qələbə, Konfrans Liqasında mərhələ adlamaq ən çox “ağ-qaralar”ın düşərgəsində eyforiya yaratmış, bu kluba rəhbərlik edənlərdən tutmuş sıravi azarkeşə qədər hər kəsdə yetərincə emosiya yaratmışdı. Bundan ayılmaq, reallığa qayıtmaq çətin olacaqdı. Xəfif mehli Bakı axşamından sonra “Neftçi”ni Gəncənin qızmar günəşli dözülməz istisi gözləyirdi. “Neftçi” bu imtahandan üzüağ çıxa bilmədi, komandanın sevimli rəngələrinin qara tərəfi ortaya çıxdı.

İllər öncə “Space” TV-də efirə gedən “Qol” verlişində rəhmətlik Böyükağa Hacıyevlə qonaq idik. Artıq Hacıyev “Neftçi”də çalışmırdı, AFFA-nın Məşqçilər Komitəsinin üzvü idi. Ona görə də keçmişi rahatlıqla vərəqləyir, elə efirdəcə ötən günlərin sirli səhifələrini açmağa çalışırdıq. Söhbət gəldi “Neftçi”nin “Araz Naxçıvan”la səfərdə keçirdiyi və 0:3 hesabıyla məğlub olduğu oyuna çatdı. Yaddaşı yaxşı olan oxucularımız da xatırlayar. Avropa Liqasının qrup mərhələsinə yüksəlməklə ölkə futbolunun tarixində yeni səhifə açan “Neftçi” həmin vaxt Naxçıvana səfərə getmiş və orda “Araz Naxçıvan”a 0:3 hesabıyla məğlub olmuşdu. Rəhmətlik Hacıyev üzünü mənə tutub “Amal, məni başqalarından fərqlənir. Mən 15 il kapitan sarğısını qolumda daşıdığım komandanı gedib öz evində uda bilməzdim. Ona görə də özüm Naxçıvana getmədim, aparıcı futbolçularımızı da ora göndərmədim. Düzdü, heç kimə deməmişdim ki, gedin orda uduzun, nəticə belə alındı”.

Rəhmətlik Böyükağa bəyin bu etirafı həmin vaxt xeyli məşhurlaşmış, günlərlə müzakirə olunmuşdu. Bir daha Allahdan Hacıyevə rəhmət diləyirəm, gündəmi dəyişməyi bacarmışdı. Özünün dediyi kimi, hansısa futbolçuya Naxçıvanda uduzmaq tapşırığı verilməmişdi. Sadəcə, “Neftçi”nin ehtiyat qüvvəsi Naxçıvanda yerli komandayla mübarizə aparacaq, geydiyi formanın haqqını verəcək səviyyədə olmamışdı. Nəticədə ortaya belə acınacaqlı mənzərə və nəticə çıxmışdı. Oxşar vəziyyət bir çox komandalarda müşahidə olunur. Bir neçə cəbhədə mübarizə aparmağa məcbur olan komandaların heyəti geniş olur. Daha güclü futbolçular ən vacib görüşlərdə meydana çıxır, nisbətən zəif rəqiblərə qarşı oyunlarda isə “aslar”a istirahət verilir, onları əvəz etməyə hazır olan futbolçuların gücündən istifadə olunur. Həmin vaxt rəhmətlik Böyükağa Hacıyev də bunu tətbiq etməyə çalışmışdı. Amma nəticə acınacaqlı olmuşdu.

Uzaq keçmişə niyə baxırıq ki?! Ötən mövsümün açılış oyununu da xatırlamaq olar. “Neftçi” mövsümü Şamaxıda açırdı. Elə indiki kimi, onda da “ağ-qaralar” Konfrans Liqasında mübarizəyə davam edirdi. “Rapid”lə Bakıdakı oyunda “Neftçi” vacib qələbə qazanmış, səfər oyununa böyük ümidlərlə yollanmaq üçün zəmin hazırlanmışdı. Belədə “Neftçi”nin o vaxtkı rumın çalışdırıcısı Laurentsiu Reqekampf “Şamaxı” ilə oyunda əsas heyət üzvlərini yanında əyləşdirmiş, gənc futbolçulara etimad göstərmişdi. Yetərincə doğru addım idi. Çünki “Şamaxı”nın heyətində onsuz da legioner yox idi, komanda bütünlüklə yerli futbolçulardan qurulmuşdu. Belədə “Neftçi”nin heyətində olanlar da onları üstələməyə borclu idilər. Amma dəqiqələr irəlilədikcə Rege gördü ki, onun etimad göstərdiyi futbolçular buna hazır deyillər. Yavaş-yavaş əsas heyət üzvü salanları oyuna qoşdu və ən sonda Emin Mahmudovun çətinliklə vurduğu qol “Neftçi”yə Şamaxı səfərində vacib üç xal qazandırdı.

Sözümün canı odu ki, “Neftçi” hər ilin bu vədəsində oxşar problemi yaşayır və ondan əziyyət çəkir. Bundan fayda görənlər də “Araz Naxçıvan”, “Kəpəz” kimi komandalar olur. Kimin bəxtinə düşsə, o da qızıldan qiymətli üç xalı hesabına yazır, “Neftçi” üzərində qazanılan qələbənin xoşbəxtliyini yaşayır. Bu dəfə də bəxt “Kəpəz”in üzünə gülmüşdü. Gəncənin adamı qovuran istisinin də yardımıyla “Kəpəz” “Neftçi”ni məğlub etməyi bacardı. “Ağ-qaralar”ın Konfrans Liqasında nə qədər uzağa gedə biləcəyini, yaxud da mövsümün sonunda premyer-liqada neçənci yeri tutacağını demək çətindi. Amma bir sözü deməyə heç çətinlik çəkmirəm. İllər keçəcək, “Neftçi”nin belə problemləri bitməyəcək. Yəni komandanın baş məşqçisinin əlinin altında eyni səviyyəli iki heyət olmayacaq ki, belə vəziyyətlərdə çətinlik yaşanmasın, avrokuboklarda oynayanlara istirahət verəndə yerli çempionatda çətin vəziyyət yaranmasın. Şair demişkən: gəl sənə təsəlli verim: darıxma, düzəlməyəcək!

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

29-06-2023, 21:0

"Neftçi" "Qarabağ"ı məğlub edərək ikinci oldu

Manşet / Konfrans Liqası

20-07-2023, 22:0

"Neftçi"nin rəqibi müəyyənləşdi

İdman

25-02-2023, 22:0

“Neftçi” Gəncədə məğlub oldu

Ölkə futbolu

22-07-2023, 11:0

"Neftçi" "Jelezniçar"la matçın hazırlığına başladı

Ölkə futbolu / Video

3-08-2023, 13:0

"Neftçi" illik tizerini yayınladı - VİDEO

Konfrans Liqası

12-08-2022, 09:0

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Bu gün, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Bu gün, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Bu gün, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Bu gün, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Bu gün, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Bu gün, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Bu gün, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Bu gün, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Bu gün, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Bu gün, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Bu gün, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Bu gün, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Bu gün, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Bu gün, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Bu gün, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Daha çox
Oxunub: 227
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 183
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə