Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri

13.06.2026 09:41 12
Dünya futbolu / DÇ 2026
Bu gün səhər futbol üzrə dünya çempionatında 4-cü oyun keçirilib.

D qrupunun ilk oyununda ABŞ ilə Paraqvay qarşılaşıb. Qonşu-qardaş Türkiyə də bu qrupda yer aldığından, nəticə bizim üçün də çox böyük maraq doğururdu. Və...

Meydan sahibləri Paravayı 4:1 hesabı ilə darmadağın etməklə “ay-ulduzlular”ın bu qrupda liderliyinə imkan verməyəcəkləri ilə bağlı mesaj verdilər.

Xatırladaq ki, Türkiyə qrupda ilk oyuna sabah səhər 8-də çıxacaq. Rəqib isə Avstraliyadı.

ABŞ – Paravay 4:1
Damyan Bobadilya, 7-öz qapısına. Folarin Baloqun, 31; 45+5. Covanni Reyna, 90+8 – Maurisio Maqalyayns, 73.