"Sabah" Portuqaliya klubundan müdafiəçi aldı

13.06.2026 10:40 13
Ölkə futbolu
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı müdafiəçi Junior Erivaldo Almeyda ilə 3 illik müqavilə bağlanıb. 26 yaşlı futbolçu Portuqaliyanın “Maritimu” klubundan transfer edilib.

Mərkəz müdafiəçisi karyerası ərzində Braziliyanın “Novorizontino” (2020-23), “Katanduva” (2021), “Votuporanguense” (2022), Portuqaliyanın “Eştrela Amadora” (2022-23) və “Maritimu” (2024-26) komandalarında oynayıb.

Xatırladaq ki. "Sabah" bundan əvvəl Yunis Laçabı və Eyden Makkartini də transfer edib.