DÇ-2026-nın cümə axşamı Meksikada keçirilən ilk oyunundan əvvəl bədbəxt hadisə baş verib.
"Football-plus.az" xəbər verir ki, Almaniyadan olan azarkeş stadionun girişində infarkt keçirib. 81 yaşlı futbol həvəskarına dərhal tibbi yardım göstərilib, o, Milli Kardiologiya İnstitutuna çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, qonaq azarkeşin həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Almaniya vətəndaşı mundialın açılış matçını izləmək üçün xüsusi olaraq Mexikoya gəlibmiş.