"Neftçi"nin rəqibi müəyyənləşdi

20.07.2023 22:55 357
Manşet / Konfrans Liqası
Konfrans Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulur.

"Football-plus.az" xəbər verir ki, bu gün həmin raundun cavab matçları keçirilir. Təmsilçimiz "Neftçi"nin də potensial rəqibləri üz-üzə gəlib. "Dinamo" (Minsk, Belarus) "Jelezniçar"ı (Bosniya və Herseqovina) qəbul edib. İlk matçda 2:2-lik heç-heçə qeydə alınan cütün cavab oyununda bosniya və herseqovinalılar 2:1 hesablı qələbə qazanaraq "ağ-qaralar"a rəqib olub.

Qeyd edək ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Neftçi" - "Jelezniçar" cütünün ilk matçı avqustun 27-də Bosniya və Herseqovinada, cavab görüşü isə avqustun 3-də Bakıda keçiriləcək.