"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

12.08.2022 09:54 385
Konfrans Liqası
"Rapid"in futbolçusu Ferdi Druyif Konfrans Liqasının III təsnifat mərhələsinin "Neftçi" ilə cavab matçından sonra açıqlama verib.

"Football-plus.az" xəbər verir ki, komandasının qələbə qoluna imza atan hücumçu bunları deyib:

"Çətin oyun oldu. Daha çox qol vura bilərdik. Penaltilərə qalmaq istəmirdik. Çünki şanslar bərabər olacaqdı. Ağır və uzun oyun oldu".


"Rapid" "Neftçi"ni iki oyunun nəticəsinə görə məğlub edib (1:2, 2:0) və Konfrans Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.