"Karvan-Yevlax" növbəti ayrılıq

12.06.2026 15:13 8
Ölkə futbolu
"Karvan-Yevlax" daha bir futbolçu ilə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi Samuel Durrantın müqaviləsi başa çatıb və o komandanı tərk edib.

Futbolçu sona çatan mövsüm ərzində 28 oyuna çıxıb və 1 qol ilə yadda qalıb.