“Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan

12.06.2026 14:11 25
Ölkə futbolu / Aktual
“Qəbələ” elitada yerini çətinliklə, “Mingəçevir”i pley-off oyununda məğlub etmək hesabına qorudu. “Qırmızı-qaralar” artıq bəzi oyunçularla yollarını ayırıb. Gedən 6 futbolçu arasında nə qədər qəribə görünsə də, kapitan Murad Musayev də var. Son mövsümdə çempionatda 29, kubokda 4 olmaqla ümümilikdə 33 oyunda iştirak edən 31 yaşlı müdafiəçi orta hesabla hər oyunda 85 dəqiqə forma şansı qazanıb.

Bəs “Qəbələ”nin son mövsümdəki uğursuzluğu nə ilə bağlıdı? Komanda niyə kapitanla vidalaşdı? Murad Musayevin “Football-plus.az”a açıqlaması:

“Bu il “Qəbələ” üçün çətin oldu. Fikrimcə, işi pley-offa saxlamaq olmazdı. Komanda olaraq, bunu bacara bilərdik. Bəzi oyunlardakı şanssızlıqlar, bəzi futbolçuların keyfiyyətinin aşağı olması buna təsir etdi. Hər halda, əsas hədəf elitada qalmaq idi ki, bunu da bacardıq. Bu il həm çempionatı, həm də kuboku nəzərə alsaq 33 matçda iştirak etmişdim. Ən çox oynayan oyunçulardan biri idim. Futbolda belə hallar olur".

Xatırladaq ki, Murad Musayev artıq "Şəfa"nın futbolçusudu.

İSRAYIL XEYRULLAYEV