MBA-da final seriyası davam edir.
“Nyu-York” seriyanın 2-ci oyununda da “San-Antonio”ya qalib gəldi. Bu oyun da San-Antoniodakı “Sentr Frost Bank”da keçirildi. “Niks” MBA tarixinə final seriyasının əvvəlində səfərdə keçirdiyi hər iki oyunda qələbə qazanan 3-cü komanda kimi düşdü. Əvvəllər yalnız “Çikaqo” (1993) və “Hyuston” (1995) belə nəticə göstərməyi bacarıb və hər ikisi də sonda çempion olub.
Builki pley-offda ardıcıl qələbə sayını 13-ə çatdıran “Nyu-York” MBA tarixində ikinci nəticəyə şərik oldu. “Klivlend” 2015/16, 2016/17, “Leykers” 1987/88, 1988/89 mövsümlərində eyni nəticəni göstərib. MBA rekordu isə 2016/17 mövsümünün pley-offunda ardıcıl 15 qələbə qazanan “Qolden Steyt”ə məxsusdu.
Daha bir maraqlı xəbəri nəzərinizə çatdıraq. ESPN bildirir ki, seriyanın bu gün keçiriləcək 3-cü oyununa ən ucuz biletin qiyməti 9 min dollardı! Ən baha bilet isə 45 min dollara satılır. Prezident Donald Trampın da azarkeşlər arasında olacağı gözlənilir. “Nyu-York”un sahibi Ceyms Dolan ona xüsusi dəvət göndərib. Əslində Trampın “Klivlend”lə konfrans finalının 5-ci oyununda iştirakı gözlənilirdi. Ancaq “Nyu-York” həmin seriyanı 4-cü oyunda bitirdi.
final
6 iyun
San-Antonio – Nyu-York 104:105 (34:25, 18:31, 23:28, 29:21)
Seriyada hesab – 0:2.