"Neftçi" "Jelezniçar"la matçın hazırlığına başladı

22.07.2023 11:10 296
Ölkə futbolu
“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir. Rusiyadakı təlim-məşq toplanışını başa vuran flaqman iki günlük fasilədən sonra məşqləri bərpa edib.

"Football-plus.az" xəbər verir ki, “ağ-qaralar” bu gün Bakı Olimpiya Stadionunda məşqə çıxıb. Zədəli Emil Balayevdən başqa bütün futbolçuların iştirak etdiyi məşqdə əsasən toplu çalışmalar icra olunub.

“Neftçi” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-ü saat 21.00-da “Bakcell Arena”da keçiriləcək.