“Şəfa” növbəti transferini reallaşdırıb.
"Football-plus.az" xəbər verir ki, müdafiəçi Murad Musayevlə müqavilə imzalanıb. Anlaşmanın müddəti 1 illikdi.
Qeyd edək ki, 31 yaşlı futbolçu karyerasının böyük hissəsini “Qəbələ”də keçirib. O, eyni zamanda “Zirə”, “Şüvəlan” və “Səbail”in heyətində də çıxış edib.
Xatırladaq ki, "Şəfa" bundan əvvəl Arsen Ağcabəyovu, Rauf Hüseynlini və Nicat Mehbalıyevı heyətinə qatıb.