“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?

12.06.2026 15:44 68
Aktual / Ölkə futbolu
“Mingəçevir” yeni baş məşqçi axtarışında deyil.

“Football-plus.az”ın əldə etdiyi məlumata görə, “nur şəhəri”nin təmsilçisi Ramiz Məmmədovla yola davam etmək niyyətindədi. Baxmayaraq ki, təcrübəli mütəxəssis qarşısına qoyulan hədəfə çata bilməyib. Daha dəqiqi, 1-ci liqada mövsümü 2-ci sırada bitirən, “Qəbələ” ilə pley-off matçında uduzan komanda elita klubları sırasına qoşula bilməyib.

Onu da xatırladaq ki, “Mingəçevir”də maliyyə problemləri davam edir. Komandanın gələcəyi ilə bağlı qalan əsas suallara iyunun sonu – iyulun əvvəlində aydınlıq gələcək.

KƏNAN BAHADIR