Yeni mövsümə çempionşipdə başlayacaq

18.06.2026 21:58 23
Dünya futbolu
İngiltərə yığmasının sabiq oyunçusu Kiran Tripyerin yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, 35 yaşlı müdafiəçi “Vulverhempton”a keçib. Bu barədə klubun mətbuat xidmətinin yaydığı məlumatda onunla imzalanan müqavilənin müddətinin 2028-ci ilin yayına qədər olacağı bildirilib. “Vulverhempton” 2025/26 mövsümünün yekununa əsasən premyer-liqadan çempionşipə düşüb.

Kiran karyerası ərzində “Mançester Siti”, “Barnsli”, “Bernli”, “Tottenhem”, “Atletiko” və “Nyukasl” klublarında çıxış edib.