“Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?

12.06.2026 13:56 45
Ölkə futbolu / Aktual
Son illərin ən maraqlı mövsümünü geridə qoyduq. Mövsümə rəng qatan komandalardan biri də “İmişli” idi. Təbii ki, bu uğurda portuqaliyalı baş məşqçi Jorj Kaşkilya böyük pay sahibidi. Amma indi o buralarda yoxdu. Övlad həsrəti ilə vətəninə gedib, adı “Sumqayıt”la yanaşı hallanır. Baxmayaraq ki, “İmişli” də Kaşkilyanın istefasını rəsmi şəkildə elan etməyib.

Onunla yeni müqavilə imzalanacaqmı? Bu posta başqa kim gətirilə bilər? “İmişli” gələn mövsüm ev oyunlarını doğma şəhərdə keçirə biləcəkmi? “Football-plus.az” bütün bu sualları klubun mətbuat katibi Leyla Behbudluya ünvanlayıb:

“Kaşkilyanın müqaviləsi iyunun 30-na kimi qüvvədədi. Hələ ki o, bizim baş məşqçimizdi. Ehtimal var ki, qarşılıqlı razılıq əsasında müqavilə müddəti uzadılmasın. Yeni baş məşqçi təyinatı ilə bağlı hələ məlumat yoxdu. Bu barədə məlumat əldə olunan kimi ictimaiyyətə bildiriləcək. Stadionla bağlı işlər gedir. Müvafiq qurumlar, şəxslər ilə danışıq aparılır. İyulun 8-də toplanış başlayacaq. Çox güman, bölgələrin birində hazırlıq keçəcəyik. Lakin hələ dəqiq bilinmir”.

Xatırladaq ki, elitanın debütantı “İmişli” 9-cu yeri tutub, “Karvan-Yevlax”, “Qəbələ” və “Kəpəz”i geridə qoyub.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul