Nəhayət, Konqo Demokratik Respublikasının milli komandası üçün tətbiq edilən qadağa ləğv edilib.
"Football-plus.az" xəbər verir ki, yığma dünya çempionatında iştirak etmək üçün ABŞ ərazisinə daxil olub. Komandanın mundiala hazırlığı ölkədə yayılan Ebola virusu ilə bağlı narahatlıqlar səbəbindən çətinləşmişdi. Futbolçular və məşqçilər korpusu ABŞ-yə yollanmazdan əvvəl 21 günlük karantin keçməli olublar. Karantin müddəti sona çatdıqdan sonra Konqo DR yığması Hyustona gəlib.
Afrika komandası dünya çempionatına hazırlığını bu şəhərdə davam etdirəcək. Konqo DÇ-2026-da K qrupunda Portuqaliya, Özbəkistan və Kolumbiya ilə mübarizə aparacaq. Afrika təmsilçisi ilk oyununu iyunun 17-də Hyustonda Portuqaliyaya qarşı keçirəcək.