Raffaele Palladino artıq “Atalanta”nın baş məşqçisi deyil.
"Football-plus.az" xəbər verir ki, İtaliya klubu onunla yolları ayırıb. Berqamo klubunun mətbuat xidmətinin məlumatına görə, italiyalı mütəxəssislə yanaşı, onun köməkçiləri də vəzifələrindən azad ediliblər.
Palladino komandaya ötən ilin noyabrında serbiyalı mütəxəssis İvan Yuriçin gedişindən sonra başçılıq edirdi. “Atalanta” onun rəhbərliyi altında 2025/26 mövsümündə A seriyasını 7-ci yerdə başa vurub.