Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi

13.06.2026 01:06 14
Dünya futbolu / DÇ 2026
İyunun 12-si, Bakı vaxtı ilə 23.00-da dünya çempionatında B qrupunda da mübarizəyə start verilib.

“Football-plus.az” xəbər verir ki, qrupun ilk oyununda – Kanada ilə Bosniya və Hersoqovina heç-heçə edib – 1:1. Bu həm də DÇ-2026-da qeydə alınan ilk heç-heçədi.

Kanada – Bosniya və Hersoqovina 1:1
Kayl Larin, 78 – Yovo Lukiç, 21.

Bakı vaxtı ilə səhər saat 5-də D qrupunun ABŞ – Paraqvay, 23.00-da isə B qrupunun Qətər – İsveçrə oyunu start götürəcək.