“Neftçi” Gənclər Liqasında sonuncu oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, “ağ-qaralar” 44-cü turda “Qarabağ”la qarşılaşıb. Binə qəsəbə stadionunda baş tutan matç “ağ-qaralar”ın 3:2 hesablı qələbəsi ilə nəticələnib. Bununla da 91 xal toplayan “Neftçi” mövsümü 2-ci yerdə başa vurub.
Bu gün “ASK Arena”da təşkil olunan mükafatlandırma mərasimində paytaxt klubunun üzvlərinə gümüş medalları AFFA-nın Məşqçilər Komitəsinin üzvü Əsgər Abdullayev və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdim ediblər.
Gənclər Liqasının qalibi "Qəbələ" olub.
"Neftçi" "Qarabağ"ı məğlub edərək ikinci oldu
Ölkə futbolu


