"Sumqayıt"ın futbolçusu əməliyyat olundu

12.06.2026 13:45 7
Ölkə futbolu
“Sumqayıt"ın müdafiəçisi Kənan Feyziyev əməliyyat olunub.

"Football-plus.az" xəbər verir ki, Misli premyer-liqasının 32-ci turu çərçivəsində “Zirə” ilə matçda zədələnən gənc oyunçunun Türkiyədə baş tutan əməliyyatı uğurlu keçib.

Ön çarpaz bağ və menisk əməliyyatı keçirən Kənan Feyziyevin 6-9 ay sonra yaşıl meydanlara dönüşü gözlənilir.