Mourinyonun təyinatı rəsmiləşdi

12.06.2026 22:20 15
Dünya futbolu
Joze Mourinyonun “Real”a gözlənilən baş məşqçi təyinatı rəsmiləşib.

"Football-plus.az" xəbər verir ki, İspaniya klubunun saytının məlumatına görə, 63 yaşlı portuqaliyalı mütəxəssislə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Mourinyo komandaya iyunun 13-də qoşulacaq. Məlumata görə, Madrid klubu “Benfika”dan ayrılan məşqçi üçün 15 milyon avro sərbəstqalma məbləği ödəyib.

Mourinyo 2010-13-cü illərdə “kral klubu”nu çalışdırıb. Bu komandanı La Liqa, İspaniya kuboku və İspaniya Superkubokunda qələbələrə daşıyıb.