• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azərbaycan şahmatı iflas dövrünü yaşayır!

Aktual / İdman

8-08-2023, 17:0

Hazırda Bakıda davam edən şahmat üzrə Dünya kubokunda ölkəmizin təmsilçilərinin necə çıxış etdiyindən xəbərdarsız. Təsəvvür edin ki, 18 şahmatçıdan yalnız Nicat Abbasov ilk üç mərhələni arxada qoyub.

Chess.az saytından olan həmkarımızın yazısını müəyyən redaktə ilə təqdim edirik.

Bakıda keçirilən şahmat üzrə Dünya kubokunun cəmi üç mərhələsi geridə qalsa da, indidən əminliklə söyləmək olar ki, bu turnir Azərbaycan şahmatçılarının fiaskosu kimi yadda qalacaq. Baxmayaraq ki, Nicat Abbasov gərgin mübarizədə kuboka əsas namizədlərdən sayılan Aniş Girini məğlub edərək, növbəti mərhələyə vəsiqə qazandı. Bu qələbə Nicatın üzərinə çox böyük məsuliyyət qoydu. Azərbaycan şahmatının imicini qorumaq və çiynində daşımaq indi ona düşdü. Çünki o, dördüncü mərhələdə yeganə azərbaycanlı şahmatçı olacaq.

Bəli, bəlkə də kubokdan öncə çoxları düşünürdü ki, yarış Bakıda keçirilirsə, deməli, şahmatçılarımız burda mütləq uğurlu çıxış edəcək. Amma elə şahmatçılarımız özləri bu düşüncənin səhv olduğunu hamıya göstərdi.

Şahmat futbol deyil. Burda “doğma divarlar” və azarkeş dəstəyi o qədər də böyük rol oynamır. Yarışın keçirildiyi məkan hər yerdə təxminən eyni, azarkeşlər isə az və səssiz olur. Şahmatda əsas psixoloji durum və hazırlıqdı. Bu fikir özünü bir daha Bakıda doğrultdu. Və görünən budu ki, məhz bu komponentlərdə şahmatçılarımız ideal formadan xeyli uzaqdı. Düzdü, bu idmandı, hər kəs məğlub da ola, qələbə də qazana bilər. Lakin Şəhriyarın o qədər də güclü olmayan sinqapurlu Ti Jinqyaoya, qadınlarda isə əsas ümidimiz olan Günay Məmmədzadənin özündən reytinqdə xeyli zəif olan rus Alina Bivola məğlubiyətinin və ya Eltac Səfərlinin oyuna gecikməsinin başqa izahı yoxdu. Hazırsızlıq və anlaşılmayan arxayınlıq. Daha dəqiq desək, “doğma divarlar” şahmatçılarımıza kömək yox, əksinə, mane oldu. Bu idman növündə idmançılar məsul yarış üçün uzaq ölkələrə yollananda daha çox yarış və nəticəyə köklənmiş olurlar. Bu aksiomdu. Çünki evdən uzaq olanda onlar şahmatdan başqa heç nə düşünmür, düşünə də bilmirlər. Vətəndə isə istər-istəməz ailə, gündəlik problemlər, dostlar, bir sözlə, gündəlik həyat onlara psixoloji cəhətdən mane olur.

Sözsüz, bu fiaskoya görə Azərbaycan Şahmat Federasiyasına heç bir irad tutula bilməz. AŞF-nin prezidenti Mahir Məmmədov şahmatçılarımızın həm say baxımından, həm də uğur qazanmaları üçün əlindən nə gəldisə, etdi. İlk dəfədi ki, Azərbaycan Dünya kubokunda ən çox şahmatçı ilə təmsil olunan ölkədi. Təsəvvür edin, nə az, nə çox - düz 18 şahmatçımız Bakıdakı yarışda mübarizəyə qatılmışdı.

Əminəm ki, azarkeşlərimizi ən çox Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Günay Məmmədzadənin uğursuzluğu məyus etdi. Çünki başqa şahmatçılarımızdan nə qədər uğur gözləsək də, nə qədər onları sevsək də, belə böyük yarışda medal qazanmaları o qədər də real görünmürdü. Bundan əlavə, bəzi şahmatçımızın uğursuz çıxışında püşkü də günahlandırmaq olar. Püşk təkcə dünyanın ən güclü şahmatçılarından biri olan Yan Nepomnyaşini iki dəfə şahmatçılarımıza rəqib etdi. Gənc və durmadan inkişaf edən Vüqar Əsədli ilk mərhələdə vyetnamlı Leni keçdikdən sonra, növbəti mərhələdə Nepomnyaşiyə rəqib oldu. Vüqar nə qədər güclü və perspektivli şahmatçı olsa da, razılaşaq ki, hazırda Nepomnyaşi kimi top şahmatçıya qarşı mübarizə aparacaq gücdə deyil. Vüqarı keçən Nepo növbəti mərhələdə daha bir qrossmeysterimiz Rauf Məmmədovla üz-üzə gəldi və ondan da güclü oldu. Püşkdə bəxti gətirməyənlər haqqında danışırıqsa, eyni sözləri ikinci mərhələdə hindistanlı Qukeşə uduzan Misrətdin İsgəndərova və iranlı Parham Maqsudluya məğlub olan Aydın Süleymanlıya da aid etmək olar. Qadınların yarışında mübarizə aparmış Ülviyə Fətəliyevaya isə püşk, ümumiyyətlə, 3-cü mərhələdə dünya çempionu Yu Venyunu rəqib etmişdir! Buna baxmayaraq, Ülviyyə az qala dünya çempionunu vətəninə göndərəcəkdi. Lakin burda şahmatçımıza, sadəcə, bir qədər təcrübə çatmadı. Baxmayaraq ki, Ülviyyə yetərincə təcrübəli şahmatçılarımızdan biri sayılır. Bir sözlə, sözügedən şahmatçılarımız nə gədər perspektivli və güclü sayılsalar da, belə rəqiblərə qarşı oynamaq onlar üçün çox çətin oldu.

Buna görə azarkeşlər uğuru məhz Şəhriyar, Teymur, Günay “üçlüy”ündən gözləyirdi. Təəssüf ki, heç biri ümidləri doğrultmadı. Qısa kəssək, "özü yıxılan ağlamaz".

18 şahmatçımızın karyeralarında yeni bir səhifə açmaqı üçün gözəl imkanı yaranmışdı. Özü də AŞF-nın prezidenti Mahir Məmmədov bu imkanı onların düz ayağına qədər gətirmişdi. Lakin 17-si bu imkandan yararlana bilmədi. İndi isə ümid yalnız Nicat Abbasova qaldı. Abbasov Karlsenli, Karuanalı, Nepomnyaşili Dünya kubokunda ən azımedal qazanıb, Azərbaycan şahmatının imicini qorumaq üçün döyüşməlidi.

Paylaş:
Digər xəbərlər

İdman

14-12-2022, 12:0

Dünya kuboku Bakıda keçiriləcək

İdman

5-05-2023, 16:0

Bakıda keçiriləcək şahmat üzrə Dünya kuboku ilə bağlı müqavilə imzalandı

İdman

25-02-2023, 16:0

Bakıda atıcılıq üzrə Dünya Kuboku keçiriləcək

Aktual
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Son xəbərlər
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Dünən, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Dünən, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Dünən, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Dünən, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Dünən, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Dünən, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 13:05
    Mançesterdən Madridə yollandı
  • Dünən, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Dünən, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Dünən, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Dünən, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Dünən, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • 1-08-2026, 23:0
    MS-ni tərk edə bilər
  • 1-08-2026, 22:0
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • 1-08-2026, 22:0
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • 1-08-2026, 21:0
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • 1-08-2026, 21:0
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • 1-08-2026, 21:0
    Güləşçimiz finalda - DÇ
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 171
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 159
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 130
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə