Dünya kuboku Bakıda keçiriləcək

14.12.2022 12:41 332
İdman
Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti dəfə Azərbaycana böyük etimad nümayiş etdirib.

Football-plus.az xəbər verir ki, FİDE şahmat dünyasının nüfuzlu yarışlarından biri sayılan Dünya Kubokunun təşkilatçılığını Azərbaycana həvalə edib.

Mötəbər yarış paytaxt Bakıda keçiriləcək. Dünya Kuboku 2023-cü il iyulun 29-dan avqustun 26-dək davam edəcək.

Qeyd edək ki, bu Azərbaycanın ev sahibliyi edəcəyi ikinci Dünya Kuboku yarışı olacaq. İlk dəfə Bakı 2015-ci ildə Dünya Kubokuna ev sahibliyi edib.