Polis reyd keçirdi

23.06.2023 20:51 238
Aktual / İdman
Fransa polisi 2024-cü ildə Parisdə təşkil olunacaq Yay Olimpiya Oyunlarının Sen-Deni şəhərində yerləşən Təşkilat Komitəsində reyd keçirib.

Bu barədə xəbər yayan AFP agentliyi axtarışın səbəbini açıqlamayıb. Təşkilat Komitəsinin əməkdaşlarının müstəntiqlərlə əməkdaşlıq etdiyi vurğulanır.

Xatırladaq ki, Paris Olimpiadası 26 iyul - 11 avqust aralığında keçiriləcək.