• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vea musiqi bəstələməyi xoşlayır: “Atamın dünyada ən yaxşı futbolçu olmaq üçün nələr etdiyini yaxşı bilirəm” - MÜSAHİBƏ

Dünya futbolu

1-08-2023, 18:0

“Yuventus” hələ ki bu yay yeni oyunçu almaqdan çox heyətdəkilərin sayını azaltmaqla məşğuldu.

"Football-plus.az" xəbər verir ki, əhbərlik maaş cədvəlini yüngülləşdirmək üçün Anxel Di Mariya və Leandro Paredesin simasında argentinalı dünya çempionları ilə vidalaşıb, Deyan Kulusevskinin transfer hüququnu isə isveçli yarımmüdafiəçinin son mövsümdə icarə əsasında formasını geydiyi “Tottenhem”ə satıb. İtaliya nəhənginin bu yay heyətinə cəlb etdiyi ilk futbolçu Timoti Veadı. Liberiya yığmasının sabiq hücumçusu Corc Veanın oğlu 2019-cu ildən məxsus olduğu “Lill”dən transfer olunub. Turin klubu ilə 5 illik müqavilə bağlayan 23 yaşlı vinger iyulun 27-də DAZN telekanalına verdiyi müsahibəsində maraqlı yönlərindən də danışıb.

"Musiqi bəstələmək xoşuma gəlir. Bu iş məni rahatlaşdırır. İdmançı kimi həmişə futbola 100 faiz köklənirəm. Hərdən musiqi ilə əylənmək, filmə baxmaq, musiqi alətində ifa etmək lazımdı".

- Sən həm də müğənnisən?
- Hə.

- Qulaq as. Rafael Leao da da mahnı oxuyur?
- Hə, onunla uşaq yaşlarımızdan dostluq edirik. O, həm yaxşı oxuyur, həm də A seriyasında yaxşı oynayır. Odu ki, indi İtaliyada olduğuma görə özümü xoşbəxt sayıram.

- Sevinirsən?
- Çox sevinirəm. Düzdü, bu hissimi biruzə vermirəm, amma indiki vəziyyətimə görə çox şadam. Bu, xoş hissdi, ona görə ki, uşaqlıq arzuma çatmışam. Buna görə mənə həmişə dəstək verən Tanrıya və ailəmə “sağ ol” deməliyəm. Yeni komandamla bir neçə gündü məşq edirəm, yeni oyundaşlarımla tanış olmuşam. Və burda hər şey xoşuma gəlir. “Yuventus” fantastik klubdu.

- Səni bu kluba gəlməyə kim əmin etdi. Bəlkə atan?
- Hə. Sözsüz. O, mənim seçimimdə vacib rol oynadı. Amma məsələ yalnız bundan ibarət deyil. Mən “Yuventus”da oynamaq istədiyimə əmin idim. Bu komandaya düşmək üçün hər şey etməyə hazır olduğumu bilirdim. Ona görə də hazırkı komandamın oyunlarının təkrarına baxırdım. Bura gəlməzdən əvvəl özümü hazırlamağı lazım bilirdim (Timoti bu anda atasının əlində “Qızıl top” mükafatını tutduğu şəklinə baxır – red.).

- Bu şəkil sizə tanış olmalıdı...
- Hə, o, “Milan”ın formasında mükafat qazanmasını bayram edir. Bu foto mənim evimdə çərçivədə divardan asılıb. Yuxudan oyanıb hər dəfə səhər yeməyinə yollanarkən ona baxıram. Bu foto məni irəli hərəkət etmək üçün motivə edən amillərdən biridi. Axı atamın dünyada ən yaxşı futbolçu olmaq üçün nələr etdiyini yaxşı bilirəm. Əlbəttə, buna nail olmaq elə də asan deyildi. Amma atam istəyinə çatmağı bacarıb. Bu səbəbdən özüm də hər şeyə nail olmağın mümkünlüyünə inanıram.

- Onun oğlu olmaq çətindi?
- Yox, belə düşünmürəm. Çoxları mənim böyük təzyiq altında qaldığımı deyir, amma artıq bu vəziyyətə alışmışam. Və əvvəl-axır o odu: evə gələndə Corc olmur, ata rolunda çıxış edir! Buna görə səs-küyü ətrafımdan kənarlaşdırmaq üçün əlimdən gələni edirəm. Yalnız atamı və ailəmizi ən yaxşı şəkildə təmsil etmək üçün qayğılanıram.

- “Yuventus” haqda nə düşünürsən?
- Bu, həqiqətən də, yaxşı komandadı. Burda gənclərlə təcrübəli futbolçular arasında düzgün balans var. Danilo, Aleks Sandro kimi təcrübəli oyundaşlar qazanmışam... Bu, komanda üçün vacibdi. “Yuventus”un ümumilikdə yaxşı balanslaşdırıldığını düşünürəm. Fikrimcə, bir-birimizdən öyrənəcəyik, əlbəttə, gənclər təcrübəli futbolçulardan öyrənməlidilər. Bu, diqqət edilməsi vacib olan yaxşı prosesdi. Çox keyfiyyətli oyunçularımız, çox keyfiyyətli məşqçilərimiz var. Alleqri mənim üçün taktiki planda dünyanın ən yaxşı mütəxəssislərindən biridi. Ümumiyyətlə, məşqçi korpusumuz çox xoş adamlardan qurulub. Mən burda olduğum üçün həm də buna görə sevinirəm. Əfsanəvi kluba gəlmişəm. İlk gündən burda məşq prosesinin xüsusi olduğunu gördüm: hər şey çox intensivdi, innovasiyaların və təravətin mövcudluğu hiss olunur. Və indi ağ-qara formada keçirəcəyim ilk oyunu səbirsizliklə gözləyirəm.

- Fonseka (“Lill”in baş məşqçisi Paulu Fonsekanı nəzərdə tutur – red.) sənə İtaliya futbolu barədə nəsə danışıb?
- Hə. O, komandaya gələndə əsl İtaliya futbolunun nə demək olduğunu anlamağa başladıq. Ona görə ki, portuqaliyalı məşqçi Fransaya “Roma”nı tərk edəndən sonra gəlmişdi. Məşqçlər intensiv xarakter aldı, taktiki hazırlığa xüsusi diqqət yetirilirdi. Biz Fonsekanın başçılığı altında işləməkdən məmnun idik. O, fantastik məşqçidi.

- Bəs Buffon?
- İlk məşqlərdən birini Cici ilə birgə keçirmişəm. Deyəsən, mənə vaxtilə yeniyetmə olarkən atama qarşı necə oynamasından danışıb. Mən ona qulaq asandan sonra, sadəcə, gülümsədiyimi xatırlayıram. O, əla oğlandı, klubun əfsanəsidi. Və indi də rəmzi sayıldığı komandanın formasını daşıyır. Onunla birgə olmaq adama inanılmaz hisslər bəxş edir. Buffon həm də idman dünyasında ən mötəbər şəxsiyyətlərdən biridi. Cicini çox sevdim! Onu tezliklə yenidən görəcəyimə ümid edirəm.

- Ən sevimli futbolçun kimdi?
- Mənim üçün bütün dövrlərin və xalqların ən yaxşı futbolçusu Ronaldinyodu. Əlbəttə, atamdan başqa. Yarımmüdafiəçilər sırasında yüksk səviyyəsinə görə Andrea Pirlonun adını çəkərdim. Müdafiəçilərdən isə Kafu ilə Roberto Karlosu göstərərdim. Onlar mənim üçün sevimli futbolçulardı.

- Niyə “22” nömrəli formanı seçmisən?
- Bunun uzun tarixçəsi var. Mən fevralın 22-də doğulmuşam. Əsas səbəblərdən biri bununla bağlıdı. “22” həm də ilk dəfə geydiyim futbolkanın nömrəsi olub. Həmin formanı mənə ilk məşqçim olan anam hədiyyə etmişdi. Ona hansı komandada oynasam, “22”ni seçəcəyimlə bağlı söz vermişdim.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-06-2023, 13:0

Milik qalır, Di Mariya ilə Paredes gedir, Kulusevski isə qayıtmayacaq

Dünya futbolu

7-07-2023, 22:0

Rabyo ilə Kuadradonun aqibəti necə oldu?

Dünya futbolu

18-06-2023, 20:0

İsveçli futbolçu Londonda qaldı

Dünya futbolu

24-05-2022, 21:0

“Tottenhem” Konteni postunda saxlamaq üçün...

Dünya futbolu

31-05-2023, 13:0

İki dünya çempionu “Yuventus”dan gedəcək

Dünya futbolu

6-06-2023, 12:0

“Yuventus”u tərk edəcəklər

Aktual
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
“Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
Son xəbərlər
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:50
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
  • Dünən, 21:24
    Uğur Cahangirov "Şamaxı"da
  • Dünən, 21:15
    AFFA rəhbərliyi UEFA nümayəndəsi ilə görüş keçirdi
  • Dünən, 21:00
    Millimizin San Marinoya qarşı start heyəti
  • Dünən, 20:55
    U-21 millimiz Qırğızıstana uduzdu
  • Dünən, 20:45
    Azərbaycan boks tarixində ilk
  • Dünən, 20:21
    Yeni Zelandiyanın yeni “ulduzu” kimdi?
  • Dünən, 19:50
    U-20 millimiz ilk matçda qələbə qazandı
  • Dünən, 19:35
    U-17 millimiz Qazaxıstana yenə uduzdu
  • Dünən, 19:16
    “Palmeyras” “Flamenqo” ilə xal fərqini 7-yə çatdırdı - İCMAL
  • Dünən, 18:47
    Milli komandada zəruri dəyişiklik
  • Dünən, 18:13
    Kocaman bu ulduzun ''Fənərbaxça''da qalmasını istəyir
  • Dünən, 17:45
    “Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
  • Dünən, 17:09
    Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
  • Dünən, 16:53
    "Turan Tovuz" Şəhriyar Əliyevlə vidalaşdı
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 172
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 161
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə