İsveçli futbolçu Londonda qaldı

18.06.2023 20:21 203
Dünya futbolu
Deyan Kulusevski növbəti mövsümə də “Tottenhem”də başlayacaq.


"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu “Yuventus”dan icarəyə götürdüyü futbolçunun transfer hüququnu alıb. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. “Tottenhem” bu transfer üçün Turin klubuna 30 milyon avro ödəyəcək.

İsveç millisinin üzvü londonluların heyətində 2022-ci ilin yanvarından oynayırdı. Deyan premyer-liqanın son mövsümündə 30 oyuna 2 qol vurub.