"Turan Tovuz" Şəhriyar Əliyevlə yollarını ayırıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
33 yaşlı mərkəz müdafiəçisinin klubla olan müqaviləsinin müddəti başa çatıb.
Klub premyer-liqaya yüksəldiyi 2022/23 mövsümündən etibarən formanı geyən kapitana təşəkkür edib, gələcək karyerasında və şəxsi həyatında uğurlar arzulayıb.