Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?

9.06.2026 17:09 17
Ölkə futbolu / Aktual
Ölkəmizin 20 yaşlılardan ibarət yığması bu gün tarixindəki ilk oyuna çıxacaq. Ruy Jorjenin rəhbərlik etdiyi yığma debütdə pakistanlı həmyaşıdları ilə üz-üzə gələcək. Qəbələdə keçiriləcək yoldaşlıq oyununa yerli komandanın fanklubunun nə dərəcədə dəstək verəcəyini öyrənmək istədik.

"Football-plus.az" bununla bağlı "Red Black Army" fanklubunun rəhbəri Cavad Şərifli ilə əlaqə saxlayıb:

"Milli komandamıza dəstək göstərəcəyik. "Qəbələ"nin oyunlarındakı kimi banner açmayacağıq. Amma fanklubumuzun üzvlərindən stadionda yığmaya dəstək olmaq üçün gedənlər olacaq".

Qeyd edək ki, oyunun start fiti saat 17.30-da səslənəcək.

MURAD ABDULLAZADƏ