U-21 millimiz Qırğızıstana uduzdu

9.06.2026 20:55 13
Ölkə futbolu
Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət millimiz bu gün ikinci yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

"Sav" stadionunda keçirilən matç rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində yeganə qolu 59-cu dəqiqədə Nihad Əhmədzadə penaltidən vurub.

Xatırladaq ki, yığmamız iyunun 6-da keçirilən ilk yoxlama oyununda Bəhreyni 3:0 hesabı ilə məğlub edib.