U-17 millimiz Qazaxıstana yenə uduzdu

9.06.2026 19:35 13
Ölkə futbolu
Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət millimiz bu gün ikinci yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, U-17 bu dəfə də Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda baş tutan görüş rəqib komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında ilk oyunda Qazaxıstan millisi 5:2 hesablı qələbə qazanıb.