“Yuventus”u iki dünya çempionu tərk edəcək.
"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçilər Anxel Di Mariya və klubda icarə əsasında çıxış edən Leandro Paredes yaxın vaxtlarda Turin klubundan ayrılacaqlar.
Jurnalist Fabritsio Romanonun bildirdiyinə görə, Paredes PSJ-yə qayıdacaq, amma Paris klubu onu satacaq. Di Mariya isə “Yuventus”u azad agent kimi tərk edəcək.
Paredes son mövsümdə “Yuventus”un heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 1 qol və 1 qolun ötürməsini verib. Di Mariya isə 40 matçda iştirak edib, 8 qolun və 7 məhsuldar ötürmənin müəllifi olub. Onun “Benfika”ya qayıtmağa yaxın olduğu bildirilib. Xatırladaq ki, Anxel vaxtilə 3 il (2007-10) Portuqaliya klubunda çıxış edib.