Biz bir müddət öncə Firuz Abdulla ilə əlaqə saxladıqda klubla bağlı məsələlərə iki həftə sonra aydınlıq gələcəyini demişdi. Həmçinin mövsümün yekunları ilə bağlı keçiriləcək iclasda Adil Şükürovun da taleyinin bəlli olacağını söyləmişdi. Bu üzdən dünən yenidən Firuz bəylə danışdıq:
“Məlumatım yoxdu. Mən istefa verməmişəm. İclasın dəqiq vaxtı müəyyənləşməyib. Toplantıda bütün məsələlərə aydınlıq gələcək”.
Mətbuat katibi Rəşad Məmmədovla da əlaqə saxladıq:
“Bir həftəyə iclas olacaq. Həmin iclasda qərar veriləcək ki, növbəti mövsüm durumumuz necə olacaq. Mən iclasdan sonra sualınızı cavablaya biləcəm. Mən də istefa ilə bağlı xəbəri oxumuşam. Hələ ki ortada bir xəbər yoxdu. Qalıb-qalmayacağımı iclasdan sonra deyə biləcəm”.
İSRAYIL XEYRULLAYEV






