“Beşiktaş” həm yeni mövsümün formalarını təqdim etdi, həm də texnologiya şirkəti “Papara” ilə sponsorluq müqaviləsi imzaladı.
“Football-plus.az” xəbər verir ki, yeni mövsümdə “Beşiktaş”ın formasının qol hissəsində bu şirkətin adı yazılacaq. Bundan başqa, fanatlar üçün hazırlanan xüsusi kartların da təqdimatı oldu. Tədbirdə iştirak edən Ahmet Nur Çəbi gündəmdə olan məsələlərlə bağlı önəmli açıqlamalar verdi. O, Klublar Birliyinin son toplantısında “Beşiktaş”ın ikinci başqanı Əngin Baltacı ilə mübahisə zamanı “Beşiktaş” heç vecimə də deyil” deyən Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşinin, “Qalatasaray” prezidenti Dursun Özbəkin cavabını verib və klubdan ayrılmaq ehtimalı olan oyunçuların durumundan bəhs edib:
“Yalnız stadion və bilet gəlirləri ilə dolanmaq çətindi. Təkcə Türkiyədə yox, dünyanın hər yerində belədi. Sponsorlarımıza göz bəbəyimiz kimi diqqət edirik. Onlar da bizə dəyər verir. Bu çətin dönəmdə nəfəs ala biliriksə, bunu sponsorlarımızın hesabına edirik. Federasiyanın prezident seçkisinə yeni formamızı geyərək qatılmağı planlaşdırıram. Qoy, hər kəs formalarımızı görsün. Xüsusilə də qırmızı formamızı çox bəyənirəm. Amma bu, zövq məsələsidi. Məsələn, atamın xoşuna digər formamız gəlir. Federasiya ilə aramızda anlaşmazlıq var. Bu mövzunu məndən tez-tez soruşurlar. Amma iki tərəf də bir-birinə hörmətsizlik etmədən fikirlərini bölüşməlidi. Ortada Ahmet Nur Çəbi ilə Mehmet Büyükekşinin münasibətlərindən yox, “Beşiktaş”la federasiyanın münasibətlərindən söhbət gedir. Federasiya prezidenti “Beşiktaş” vecimə deyil” sözünü dilinə gətirməməlidi. Ümid edirəm ki, sadəcə, əsəbi vaxtına düşüb. Başqa cür olmaq şansı yoxdu. Necə yəni vecinə deyil? O vəzifədə əyləşən şəxsin hədəfi Türkiyə futboluna xidmət etməkdi. “Beşiktaş” isə Türkiyə futbolunun ağası, paşası və böyüyüdü! Sənin bu kluba “vecimə deyil” demək haqqın yoxdu. Türkiyə futboluna xidmət edən, “Beşiktaş”a da xidmət edəcək! “Beşiktaş”la hər kəs hesablaşmaq məcburiyyətindədi. Dursun Özbək bir tərəfdən “bir-birimizin xətrinə dəyməyək” deyir. Amma digər tərəfdən çempionluq gecəsində “6 xalı sizə verdik, nə dəyişəcək?” deyir. Özbək mənim böyük qardaşımdı. Ən birinci onun öz sözləri bizim camiəni üzdü. Başqa camiəni üzsən, layiqli cavabı alacaqsan. Nə əkərsən, onu da biçərsən. TFF-nin idarə heyətinə “Beşiktaş” camiəsindən hər hansı bir ismi məsləhət görmək fikrim yoxdu. Özləri istəsələr, tapa bilərlər. Bu, onların öz işidi. Başqalarıyla necə davranırlarsa, bizim camiə ilə də o cür davranmalıdılar. Federasiyanın idarə heyətində “Beşiktaş”lı bir ismin olub-olmaması çox da önəmli deyil. “Beşiktaş” zatən həmişə öz haqqını qorumağı bacarır. Fanatlarımız da kiminsə bizim haqqımızı tapdalamasına imkan verməz. Həm Saiss, həm də Fernandeş önəmli oyunçulardı. Premyer-liqa klublarının və Avropanın gözü Fernadeşin üzərindədi. Bəlkə də onu satıb maddi problemlərimizi yoluna qoya bilərik. Amma bu cür oyunçunu buraxmağın lehinə deyiləm. Bəzi tələblər var. Amma heç kimlə görüşməmişik. Tələblərə soyuq yanaşırıq. Gələcəkdə nə olacağını bilmirik. Elə Fernandeş özü də ayrılmağın tərəfdarı deyil. Saiss mundialda çox yaxşı performans sərgilədi. Onun üçün də bəzi tələblər var. Bizdən onu buraxmağımızı xahiş edib. Amma digər tərəfdən “alınmasa, “Beşiktaş”a ziyan vurmaram” deyən futbolçudan bəhs edirik. Hələ ki gözləmək məcburiyyətindəyik. Həm Fernandeş, həm də Saiss ilə yola davam etməyin tərəfdarıyıq. Amma sabah nə olacağını bilmirik”.