Daha öncə 2013/14 mövsümündə ''Qalatasaray''ı çalışdıran təcrübəli mütəxəssis yenidən Türkiyədə işləməyin əleyhinə olmadığını bildirib:
''Mənim işim məşqçilikdi. Türkiyə də daxil olmaqla dünyanın istənilən ölkəsində işləyə bilərəm. Türkiyəni çox sevirəm. ''Qalatasaray''da gözəl zaman keçirdim və orda məni çox sevirlər. Amma ''Fənərbaxça'' və ya ''Beşiktaş''dan təklif gəlsə, düşünə bilərəm. Çünki İstanbul ən sevdiyim şəhərlərdən biridi. Gələcəkdə nə olacağını heç kim bilmir. İtaliyada ən populyar Türkiyə klubu hansıdı? Vətənimdə insanlar ''Qalatasaray''ı da, ''Fənərbaxça''nı da, ''Beşiktaş''ı da yaxından tanıyırlar''.



